- 20 Fevral 17:47
ABŞ-nin bəzi ştatlarında həftəsonu yağan güclü yağış sel və daşqına səbəb olub.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində Qərbi Virciniya ştatında 1, Kentukki ştatında isə 11 nəfər həyatını itirib.
Qərbi Virciniya qubernatoru Patrick Morrisey bildirib ki, daşqınlar nəticəsində xeyli sayda insan itkin düşüb.
Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyini söyləyib.
700 min ev və iş yeri işıqsız qalıb.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə