- 20 Fevral 17:47
Boliviyada ağır yol qəzası baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Potosi şəhərindən Oruro istiqamətində hərəkət edən sərnişin avtobusunun 800 metr hündürlükdən aşması nəticəsində 31 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Humay Eminqızı