- 20 Fevral 17:47
Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Üsküdar adlı səmtində yerləşən binada naməlum səbəbdən yanğın başlayıb.
Bölgəyə təcili yanğınsöndürənlər, təcili yardım və polis qrupları göndərilib.
Binada köməksiz vəziyyətdə qalanlar qruplar tərəfindən təxliyə edilib.
Tüstüdən təsirlənən iki nəfər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Bir müddət sonra yanğın söndürülüb.
Şəbnəm Mehdizadə