- 20 Fevral 17:47
Türkiyənin Bursa şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Yıldırım adlı bölgəsində 4 avtomobil bir-biri ilə toqquşub.
Bölgəyə polis və yanğınsöndürmə briqadası göndərilib.
Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə