- 20 Fevral 17:47
Türkiyənin 3 vilayətində güclü qarla əlaqəli olaraq məktəblər bağlanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kastamonu, Sinop və Samsun vilayətlərində yağan güclü qar bir sıra fəsadlar törədib.
Bəzi rayonlarda yollar buz bağlayıb, gediş-gəliş çətinləşib.
Aidiyyatı qurumlar sözügedən vilayətlərdə dərslərin bağlanmasına dair qərar qəbul edib.
Şəbnəm Mehdizadə