- 20 Fevral 17:47
Türkiyənin 51 vilayyətində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, son 5 gündür davam edən “Gürz-46” əməliyyatlarında terror təşkilatına üzv olmaqda şübhəli bilinən 282 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı şübhəlilərin ünvanlarından çoxlu sayda silah sursat və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Şəbnəm Mehdizadə