Torontoda təyyarə qəzasında xəsarət alanların sayı 18-ə çatıb - YENİLƏNİB


  • 18 Fevral 09:48

Kanadanın Ontario əyalətinin Toronto hava limanında ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 18-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.

Hadisə nəticəsində hava gəmisində olan 80 nəfərdən 18-i xəsarət alıb.

Məlumata görə, Minneapolis-Sent-Pol beynəlxalq hava limanından DL4819 reysi ilə uçan üç nəfər, o cümlədən bir uşaq ciddi xəsarət alıb, daha 15 nəfər xəstəxanalara yerləşdirilib.

***

Kanadanın Ontario əyalətinin Toronto hava limanında ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 15 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb.

Daha əvvəl səkkiz nəfərin xəsarət aldığı, onlardan üçünün, o cümlədən bir uşağın vəziyyətinin kritik olduğu bildirilirdi.

ABŞ Federal Mülki Aviasiya İdarəsi təyyarədə olan 80 nəfərin hamısının təxliyə edildiyini, ölən olmadığını təsdiqləyib.

İlkin versiyaya görə, qəzaya güclü yan küləyin səbəb olduğu, hava gəmisinin qarlı zolağa bu şəraitdə eniş etdiyi bildirilir.

Oxşar xəbərlər