Qazaxıstanda mədəndə çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsildi


  • 18 Fevral 00:01

Qazaxıstanın Ulytau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.

E-huquq.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.

“Fevralın 17-də Ulytau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.

Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Oxşar xəbərlər