- 01:14
İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının püskürməsi hava nəqliyyatının işini çətinləşdirib.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, vulkanın cənub-qərbindəki hava sahəsinin yerli vaxtla saat 15:00-a qədər uçuşlara bağlandığı bildirilib.
Qeyd olunub ki, hazırda Kataniya hava limanından uçan reyslərə heç bir məhdudiyyət yoxdur, lakin sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunur.
Son 24 saatda 32 reysin başqa hava limanlarına yönləndirilib.
Bəzi aviaşirkətlər isə Kataniyaya uçuşların bir qismini ləğv edib.
Şəbnəm Mehdizadə