- 01:14
Rusiyada məhkəmə "Google" şirkətini 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.
E-huquq.az xəbər verir ki, şirkətə qarşı açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb.
Məhkəmə Rusiya əsgərləri üçün “təslim olma üsulları”nın yer aldığı videoya girişin “YouTube”da bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və şirkətin cərimə olunmasına dair qərar çıxarıb.
Qeyd edək ki, “Google” şirkəti əvvəllər də oxşar səbəblərə görə cərimələnib.
Şəbnəm Mehdizadə