- 01:14
İraq və Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Tükiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkarlanan 2 PKK, Suriyanın şimalında isə 1 PKK/YPG terrorçusu məhv edilib.
"Terroru öz mənbəyində məhv etməkdə əzimli və qərarlıyıq", - deyə nazirliyin məlumatına bildirilib.
Şəbnəm Mehdizadə