İtaliyada zəlzələ təhlükəsi: əhali evlərini tərk edir


  • 17 Fevral 17:21

İtaliyanın Neapol yaxınlığındakı Campi Flegre vulkanik bölgəsində qeydə alınan zəlzələlər narahatlığa səbəb olub.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Campi Flegreidə son 24 saatda baş verən 3,9 bal gücündə iki zəlzələ əhali arasında təşviş yaradıb.

Zəlzələlər dağıntı və tələfata səbəb olmasa da, rayon əhalisinin evlərini tərk etdiyi bildirilir.

Neapol Qubernatorluğu evdə qalmaq istəməyənlər üçün sığınacaqlar açıb.

Bu gün zəlzələlərin episentri olan Pozzuolidə ibtidai və orta məktəblərdə tədris müvəqqəti olaraq dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər