- 01:14
Türkiyənin 10 vilayətində FETP terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir qrup şəxsin təşkilatla əlaqəsi və təşkilati fəaliyyətdə olduğu müəyyən edilib.
Mərkəzi İstanbul olan 10 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı 17 şübhəli saxlanılıb.
Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Saxlanılan şəxslərin Kastamonu, Bursa, Diyarbəkir, Malatya, Ərzurum, Hatay, Mardin, Ankara, Karaman, Konya və İstanbulda 14 dövlət xəstəxanası və 3 özəl xəstəxanada həkim olaraq çalışdıqları müəyyən olunub.
Şəbnəm Mehdizadə