- 01:14
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içki 54 nəfər öülümünə səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq saxta spirtli içki istehsal edən və satan şəxslərlə bağlı araşdırmalarını davam etdirir.
İstintaq çərçivəsində Ankarada 54 nəfərin saxta spirtli içkidən öldüyü, 40 nəfərin isə xəstəxanada müalicə aldığı müəyyən olunub.
Hadisə ilə bağlı 28 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə