- 01:14
Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.
“Hüquqi olaraq biz işğal olunmuş ərazilərimizi Rusiya ərazisi kimi tanımayacağıq. Biz bunu heç vaxt etməyəcəyik”, - Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna ərazilərin qaytarılmasının diplomatik yolunu müzakirə etməyə hazırdır, xüsusən də ona NATO-ya üzvlük zəmanəti verilərsə.
Dövlət başçısı həmçinin bildirib ki, o, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gəlməsinin mümkün olduğuna inanır.