- 01:14
Ukrayna prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina edib.
E-huquq.az xəbər verir ki, Zelenski bunu sazişin Ukraynanın maraqlarına cavab verməməsi və ölkənin təhlükəsizliyi üçün kifayət qədər təminatın olmaması ilə izah edib.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirdə çıxış edən Zelenski vurğulayıb ki, sənəd təbii sərvətlərin işlənməsindən əldə edilən gəlirlərin bölüşdürülməsi mexanizmlərinə yenidən baxılmasını tələb edirdi.
Zelenski nazirlərinə tapşırıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamasınlar.
Fevralın 4-də ABŞ prezidenti Donald Tramp Ukraynanın qiymətli metallarına sahiblənmənin qarşılığında Vaşinqtonun Kiyevə yardımı davam etdirməyə hazır olduğunu bildirib. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlara dair saziş layihəsini təqdim edib, bir neçə gün sonra isə Ukrayna sazişə dəyişiklik edərək Vaşinqtona təqdim edib. Sənəddə konkret hansı məqamların redaktə edildiyi açıqlanmır.