Ermənistan baş naziri Bərzani ilə görüşdü


  • 15 Fevral 18:10

Ermənistan Baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin prezidenti Nəçirvan Bərzani ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

“Həmsöhbətlər ikitərəfli ticari-iqtisadi əməkdaşlıqdan məmnunluq ifadə ediblər və iqtisadi əlaqələrə əlavə təkan verəcək işgüzar əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atılmasının önəmi bildirilib”, - məlumatda deyilir.

Oxşar xəbərlər