Zelenski: "Ukrayna ordusunda əsgər sayı 1,5 milyona çatdırıla bilər"


  • 14 Fevral 16:05

Müəyyən şərtlər daxilində Ukrayna ordusunda əsgər sayı 1,5 milyon nəfərə çatdırıla bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərlə görüşündə bildirib.

O qeyd edib ki, xüsusilə, Ukraynanın NATO-ya daxil olmasına icazə verilmədiyi təqdirdə bunu etməli olacaqlar.

Prezident əlavə edib ki, Ukrayna büdcəsində təxminən 40 milyard qrivn subsidiya varsa, onu ən azı 1,5 dəfə artırmaq lazımdır ki, bu da hər il təxminən 60 milyard deməkdir.

Humay Eminqızı

Oxşar xəbərlər