- 01:14
Cənubi Koreyada tikilməkdə olan oteldə güclü yanğın baş verib.
E-huquq.az "Yonhap”a istinadən xəbər verir ki, səhər saatlarında Busan şəhərində tikntisi davam edən otelin birinci mərtəbəsində yanğın başlayıb.
Yanğın nəticəsində 6 fəhlə ölüb, 7 nəfər yaralanıb.
Yüzdən çox fəhlə yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Hazırda yanğınsöndürənlər, polis və digər bölmələr binada olan işçilərin dəqiq sayını müəyyənləşdirməyə çalışır.
Şəbnəm Mehdizadə