İzmirdə PKK və FETÖ-yə qarşı əməliyyat keçirilib, saxlanılanlar var


  • 12 Fevral 17:44

Türkiyənin İzmir şəhərində FETÖ və PKK terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Prokurorluğunun apardığı istintaq çərçivəsində bir qrup şəxsin FETÖ və PKK terror təşkilatlarına üzv olduğu müəyyən edilib.

Polis şəhər mərkəzində və Menemen rayonunda müəyyən edilən ünvanlarda əməliyyat keçirib.

Komandalar narkotik vasitələrinin satışı ilə məşğul olan və FETÖ və PKK terror təşkilatlarına üzv olduğu müəyyən edilən 40 nəfəri saxlayıb.

Ünvanlarda axtarışlar zamanı ünvanlarda narkotik vasitələr, silah sursat və saxta içki ələ keçirilib.

Şübhəlilər polis bölməsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər