Sabah Belçikanın hava məkanı bağlanacaq


  • 12 Fevral 16:53

Sabah Belçikanın hava məkanı bağlı olacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sabah ölkə daxilində keçiriləcək tətilə hava nəqliyyatının işçiləri də qatılacaq.

Məlumata görə, əməkdaşlar 06.45-22.15 saatları arasında növbətçi olmayacaq, bu müddətdə hava məkanı bağlı olacaq.

Brüssel və Şarlerua hava limanının rəsmiləri bəzi xarici reysləri ləğv etməyə məcbur olub.

Sərnişinlərə bu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, sabah Belçikada həmkarlar ittifaqlarının ümumi çağırışı ilə ölkə daxilində böyük tətil keçiriləcək. Tətildə müxtəlif sektorların, xüsusilə təhsil, ictimai qurumlar və ictimai nəqliyyatın işçilərinin iştirakı gözlənilir. Həmkarlar ittifaqları ölkədə yeni qurulan hökumətin sosial xərclərdə etməyi planlaşdırdığı ixtisarları və həyata keçirəcəyi qənaət siyasətini sərt şəkildə tənqid edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər