- 01:14
"Rusiya və Ukrayna arasında ərazi mübadiləsi ola bilməz".
E-huquq.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Kursk vilayətinin bir hissəsinin mübadiləsi fikrinə münasibət bildirərkən deyib.
"Rusiya heç vaxt öz ərazisinin dəyişdirilməsi mövzusunu müzakirə etməyib və etməyəcək", - deyə prezidentin mətbuat katibi bildirib.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisindən çıxarılacağını bildirib.
Humay Eminqızı