Dənizdə köməksiz vəziyyətdə qalan 139 balıqçı xilas edilib


  • 12 Fevral 14:39

Rusiyada 139 balıqçı Oxot dənizində köməksiz vəziyyətdə qalıb.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Korsakov rayonunda dəniz sahilindən Dolinka çayının mənsəbinə qədər buz üzərində enli çat əmələ gəlib.

Xilasetmə işlərinə 31 canlı qüvvə və 17 texnika cəlb olunub.

Buz parçasının üzərində köməksiz vəziyyətdə qalan balıqçılar Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə təxliyə olunub.

Nazirlikdən verilən məlumata əsasən, bölgədə ümumilikdə 139 balıqçı olub.

Humay Eminqızı

Oxşar xəbərlər