Konqoda silahlı hücum nəticəsində 55 nəfər ölüb


  • 12 Fevral 11:42

Konqo Demokratik Respublikasının (DRC) İturi əyalətində üsyançıların silahlı hücumu nəticəsində 55 nəfər ölüb.

E-huquq.az Konqo mətbuatına istinadən xəbər verir ki, Konqonun İnkişafı Alyansı (CODECO) adlı üsyançı qruplaşma üzvləri İturi əyalətinin Djuqu bölgəsindəki bir neçə kənddə dinc sakinlərə qarşı silahlı hücum həyata keçirib.

Üsyançılar ağır silahlardan istifadə edib və bir çox evi yandırıb.

Qeyd edək ki, 2019-cu ildən bu yana hücumlarını intensivləşdirən silahlı dəstənin hücumları nəticəsində minlərlə dinc sakin həyatını itirib, yüz minlərlə insan isə didərgin düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər