- 01:14
Havay adalarında yerləşən Kilauea vulkanı yenidən lava püskürüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Havay Vulkan Rəsədxanası məlumat yayıb.
Məlumata görə Kilauea vulkanı dekabrın 23-dən müntəzəm fasilələrlə aktivləşib.
Bu dəfə isə vulkan yerli vaxtla saat 10.16 radələrində partlayıb.
Əhaliyə uzaq durmaları və zərərli qazlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürür.
Şəbnəm Mehdizadə