İngiltərədə parkda 150 bomba aşkarlanıb


  • 12 Fevral 11:23

İngiltərədə parkda 150-dən çox partlamamış bomba tapılıb.

E-huquq.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bombalar Şotlandiya sərhədi yaxınlığındakı kiçik Wooler şəhərində Scotts Park oyun parkının təmir işləri zamanı aşkar edilib.

Partlayıcıların İkinci Dünya Müharibəsinə aid təcrübə bombaları olduğu və təlim məqsədləri üçün istifadə edildiyi bildirilib.

Ərazini araşdırmaq Brimstone Site Investigations şirkətinə həvalə edilib.

Araşdırmanın ilk günündə hər biri 10 kiloqram olan daha 65 bomba və patron aşkar edilib.

Növbəti gün isə daha 90 təcrübə bombası toplanaraq təhvil verilib.

Müdafiə Nazirliyi hadisə yerində hərtərəfli təhqiqat aparılmasına dair göstəriş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər