- 01:14
Argentinanın cənubundakı Pataqoniya bölgəsində bir müddətdir davam edən meşə yanğınları zamanı 37 min hektar ərazi yanaraq külə dönüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin əhəmiyyətli turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan meşə yanğınları ciddi fəsadlara səbəb olub.
İndiyədək 37 min hektar tamamilə yanıb.
Prezidentin sözçüsü Manuel Adorni ölkə başçısının qərarı ilə bölgədəki yanğın fəlakəti ilə mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyi nəzdində Federal Fövqəladə Hallar Agentliyinin yaradıldığını söyləyib.
Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich bildirib ki, yeni yaradılan qurumun ölkə ərazisində baş verən fövqəladə halların hər birinə real vaxt rejimində və effektiv cavab verməyi təmin edəcəyini vurğulayıb.
Qeyd edək ki, Argentinada hər il minlərlə hektar meşə sahəsi iqlim dəyişikliyi və insan məsuliyyətsizliyi səbəbindən yoxa çıxır.
Şəbnəm Mehdizadə