- 01:14
Türkiyənin 7 vilayətində kəskin hava şəraiti ilə əlaqədar olaraq məktəblər bağlanıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kastamonu, Sinop, Kahramanmaraş, Çorum, Samsun, Tekirdağ və İstanbulda yağan güclü qar bir sıra fəsadlar törədib.
Şaxta və qar nəticəsində sözügedən vilayətlərin yolları buz bağlayıb, nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaranıb.
Aidiyyatı qurumlardan verilən rəsmi açıqlamada tədris prosesinin bir günlük dayandırıldığı bildirilib.
Şəbnəm Mehdizadə