Egey dənizində növbəti dəfə güclü zəlzələ olub


  • 12 Fevral 10:07

Egey dənizinin Türkiyə sahillərində 5.1 maqnitudalı zəlzələ baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər