- 01:14
Türkiyənin Bursa şəhərində fərdi yaşayış evində yanğın olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Bursanın Osmanqazi rayonunda yerləşən üçmərtəbəli binanın damında başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım qrupları cəlb edilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarətə götürülərək söndürülüb.
Naməlum səbəbdən başlayan yanğınla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
.