- 00:30
HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil.
E-huquq.az xəbər verir ki, bu barədə təşkilatın müvafiq bəyanatı “Əl-Ərəbiyyə” telekanalı tərəfindən nəşr olunub.
“Təhdidin dili vəziyyəti çətinləşdirir və yersizdir. HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", - bəyanatda deyilir.