Türkiyədə quş qripi aşkarlanan məhəllə karantinə alındı


  • 17:27

Türkiyənin Hatay şəhərində 338 ev quşu məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayın Antakya rayonunda bir məhəllədə quş qripi virusu aşkarlanıb.

Ərazi dərhal karantinə alınıb və 338 ev quşu toplanaraq məhv edilib.

Ev quşlarından götürülən nümunələr Adana Baytarlıq İnstitutuna göndərilib və müsbət nəticə verilib.

Məhəllələrin giriş-çıxışlarına karantin tətbiqi ilə bağlı xəbərdarlıq lövhələri asılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər