ABŞ-da iki təyyarə toqquşub, ölən var


  • 16:05

ABŞ-da təyyarə uçuş-enmə zolağından çıxaraq başqa bir təyyarə ilə toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Arizona ştatının Skottsdeyl hava limanında baş verib.

Şəxsi təyyarənin idarəetməni itirərək uçuş-enmə zolağından çıxıb başqa bir təyyarə ilə toqquşması nəticəsində bir nəfər ölüb.

Digər sərnişinlərin vəziyyəti isə hələlik açıqlanmır.

Hava limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər