- 19:05
Rusiyada qadın ritual zamanı evini yandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belə ki, Udmurtiya sakini olan yaşlı qadın parafin şamının köməyi ilə evdən qara qüvvələri qovmaq istəyən zaman şamı paltaryuyan maşının üzərinə qoyub və oranı tərk edib. Qayıdanda isə əşyaların alovlandığını görüb.
Qadının qonşuları hadisə yerinə yanğınsöndürən çağırıb.
Yanğını söndürmək mümkün olub.
Humay Eminqızı