Cənubi Koreyada müəllim 8 yaşlı şagirdi bıçaqlayaraq öldürdü


  • 14:23

Cənubi Koreyanın Daejeon şəhərində 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, Daejon şəhərində ibtidai məktəbdə 8 yaşlı şagird və 40 yaşlı müəllim yaralı vəziyyətdə tapılıb.

Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şagird həyatını itirib. Müəllimin müalicəsi isə davam etdirilirş.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin versiyaya görə, müəllim şagirdini öldürdükdən sonra intihara cəhd edib.

Polis müəllimin əvvəllər depressiyaya görə məzuniyyətə çıxdığını və keçən ilin sonunda yenidən dərs deməyə başladığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər