Tramp administrasiyası məhkəməyə verildi


  • 13:58

ABŞ-də Qaçqınların Qəbulu Proqramını dayandırdığına görə Tramp administrasiyası məhkəməyə verilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Qaçqınların Qəbul Proqramını dayandırdığı üçün bir çox yardım təşkilatı prezident Donald Trampa qarşı birgə iddia qaldırıb.

Seattle Rayon Məhkəməsində qaldırılan iddiada Tramp administrasiyasının qərarınım "qanunsuz" elan edilməsi tələb olunur.

Beynəlxalq Qaçqınlara Yardım Layihəsinin hüquqşünası Melissa Keaney, "ABŞ-nin qaçqınları qorumaqla bağlı mənəvi və hüquqi öhdəliyi var. Bu qeyri-qanuni dayandırma nə qədər uzun sürərsə, nəticələri bir o qədər ağır olacaq" deyə qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər