- 19:05
Türkiyənin Afyonkarahisar şəhərində sərnişin avtobusu yük maşınına çırpılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sandıklı rayonunda qeydə alınan qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.
Yaralılar Sandıklı Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə