- 19:05
Rusiyanın Ulan-Ude şəhərində keçmiş iş yerinə basqın etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, daş kömür istehsalı ilə məşğul olan zavoddan 1 ay öncə işdən ayrılan şəxs həmin zavoda bıçaqla basqın edib.
O, xanım işçilərdən birinin boğazına bıçaq dayayaraq pulların ona verilməsini tələb edib. Qadın isə onu itələyərək avtomobilinə doğru qaçıb.
Bıçaqlı şəxs zavodun kassasından 123 min rubl pul götürərək oradan uzaqlaşıb.
Daha sonra o tutularaq polis əməkdaşlarına təhvil verilib.
Faktla bağlı cinayət işi başladılıb.
Humay Eminqızı