Rusiyada qazlı içki zavodunda partlayış olub


  • 12:55

Rusiyada qazlı içki zavodunda partlayış baş verib.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Novosibirsk vilayətində qazlı içki istehsal edən zavodda fermentasiya çənində yaranan problemlərlə əlaqədar partlayış baş verib.

Zavodun 150 kvadratmetr dam örtüyü və 70 kvadratmetr divarı ucub.

Hadisə zamanı ölən və xəsarət alanların olması barədə məlumat yoxdur.

Humay Eminqızı

Oxşar xəbərlər