Türkiyədə zavodda güclü yanğın olub - FOTO


  • 12:50

Türkiyənin Afyonkarahisar şəhərində zavodların birində dünən axşam saatlarında başlayan yanğın hələ də davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, meşə məhsulları zavodunda baş verən yanğının söndürülməsi üçün işlər aparılır.

Yanğının söndürülməsinə çox sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerində ehtiyat tədbiri olaraq iki təcili yardım maşını və altı tibb işçisi hazır vəziyyətdədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər