- 19:05
Türkiyənin 7 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğu Türkiyə Silahlı Qüvvələrində fəaliyyət göstərdiyi müəyyən edilən, ifadələrdə adları keçən, taksofon/konturlu sabit telefonlardan zəng edildiyi təsbit edilən və qanunla bağlanan hərbi məktəblərdən xaric edilən 14 şübhəli haqqında həbs qərarı çıxarıb.
Rayon təhlükəsizlik idarəsinin qrupları tərəfindən İzmir, İstanbul, Ankara, Balıkesir, Hatay, Bursa və Kırıkkaledə eyni vaxtda həyata keçirilən əməliyyatlarda 13 şübhəli yaxalanıb.
Qaçan bir şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Saxlanılan şəxslərlə bağlı araşdrımalar davam etdirilir.
Şəbnəm Mehdizadə