- 14:48
Türkiyənin Çorum şəhərində qaldırıcı kranın qırılması nəticəsində 1 işçi ölüb, 1-i yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Çorum Dövlət Xəstəxanasının tikintisi zamanı baş verib.
Kran səbəti trosun qopması nəticəsində 3-cü mərtəbədən yerə düşüb.
Qəzada ağır yaralanan 2 fəhlə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Onlardan biri dünyasını dəyişib, digər yaralının vəziyyəti ağırdır.
Şəbnəm Mehdizadə