Rusiyada pul qarşılığında dəmir yolunda yanğın törədən dostlar həbs edilib


  • 10 Fevral 17:10

Rusiyanın Belqorod vilayətində dəmir yolunda yanğın törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, 2005, 2007və 2009 təvəllüdlü dostlar fevralın 6-da pul müqabilində dəmir yolunda hərəkətin sabitliyini pozmaq tapşırığını yerinə yetirmək təklifini qəbul ediblər.

Onlar Starıy Oskol stansiyasında yanğın törədiblər.

Həmin şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir.

Faktlarla bağlı araşdırmalar davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər