- 14:48
Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib.
E-huquq.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb. Rumıniyanın müxalifət partiyaları bu gün parlamentdə onun impiçmenti məsələsini qeydiyyata almağı planlaşdırırdılar.
Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib.
Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan etmişdi.