Şri-Lankada transformatora girən meymun ölkəni işıqsız qoydu


  • 10 Fevral 15:44

Şri-Lankada meymunun elektrik şəbəkəsinin transformatoruna girməsi ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla səhər saat 11:30 radələrində baş verib. Elektrik enerjisinin kəsilməsi 3 saatdan çox çəkib.

22 milyon əhalisi olan ada dövlətindəki xəstəxanalar və müəssisələr fəaliyyətini generatorlarla davam etdirməli olub.

Qeyd edək ki, Şri-Lankada meymunlara həm şəhərlərdə, həm də kənd yerlərində rast gəlinir. Ölkənin bir çox yerlərində, xüsusən də meşələrin, məbədlərin və hətta şəhər yerlərinin yaxınlığında meymunlar sərbəst gəzirlər. Kandi və Kolombo kimi şəhərlərdə meymunları bəzən ağaclara dırmaşarır, elektrik xətləri boyunca gəzir və ya yemək axtarmaq üçün binalara girir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər