- 14:48
Türkiyənin Ədirnə şəhərində 10 qanunsuz miqrant tutulub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları şəhər mərkəzində qanunsuz miqrantlara qarşı yoxlamalar həyata keçirib.
Şəhərdəki yataqxanalarda aparılan yoxlamalarda 20 nəfər şəxsi heyət iştirak edib.
Yoxlamalar zamanı 10 qeyri-qanuni miqrant yaxalanıb. Onlar İraq, Özbəkistan və Əfqanıstandan olan mühacirlər olub.
Şəbnəm Mehdizadə