- 14:48
Türkiyədə dənizdə köməksiz vəziyyətdə qalan 6 nəfər xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiye Çalış çimərliyinin qarşısında qayıqlardan birinin mühərrikində nasazlıq yaranıb.
Sahil təhlükəsizliyi xidmətinin əməkdaşları içərisində 6 nəfərin olduğu qayığı sahilə çıxarıb.
Şəbnəm Mehdizadə