- 14:48
İngiltərədə sərnişin təyyarəsi təcili eniş edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Qatvik hava limanından uçan təyyarə havaya qalxdıqdan az sonra iki qu quşu ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.
Hadisə zamanı təyyarəyə ciddi ziyan dəyib.
Xatırladaq ki, 2023-cü ildə Dubaya gedən təyyarənin mühərriklərindən biri uçuş zamanı quşun toqquşmasından sonra yanıb. Eynilə, həmin il Kolumbiyada 184 sərnişini daşıyan təyyarə uçuş zamanı quşun toqquşması nəticəsində mühərriklərdən biri alovlandıqdan sonra geri dönmək məcburiyyətində qalıb.
2022-ci ildə hazırlanan hesabata əsasən, il ərzində İlgiltərədə təyyarənin quşla toqquşmasına dair 1400-dən çox hadisə baş verib. Səlahiyyətlilər xəbərdarlıq edir ki, adətən ciddi ziyan vurmayan bu qəzalar mühərrikin yanmasına və təcili enişlərə səbəb ola bilər.
Şəbnəm Mehdizadə