- 14:48
Yaponiyanın şimal-şərqindəki Fukusimada iki qar uçqunu nəticəsində 100-dən çox insan otellərdə köməksiz vəziyyətdə qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yerli vaxtla səhər saat 04:00 və 11:00 radələrində baş verən iki qar uçqunu nəticəsində qəsəbədəki iki oteldə 100-dən çox adam qalıb
Qar uçqunundan sonra qəsəbədə qarın hündürlüyü 1,5 metrə qədər artıb və spa otellərinə çıxışı təmin edən yollar bağlanıb.
Yerli hakimiyyət orqanları bağlı yolları təmizləmək üçün intensiv qar təmizləmə işlərini davam etdirir.
Şəbnəm Mehdizadə