Eşitmə məhdudiyyətli uşaqlara işgəncə verməkdə təqsirləndirilən müəllim cəzalandırıldı


  • 10 Fevral 13:24

Rusiyada şagirdlərə işgəncə verməkdə təqsirləndirilən müəllim həbs edilib.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Yakutsk Şəhər Məhkəməsi eşitmə məhdudiyyətli uşaqlar üçün olan internat məktəbində şagirdlərə işgəncə verməkdə təqsirləndirilən keçmiş müəllimin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

O, həmçinin 2,5 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Tərbiyəçi, həmçinin 600 min rubl məbləğində mənəvi ziyan ödəyəcək.

Humay Eminqızı

Oxşar xəbərlər